Yerusəlimdə atışma nəticəsində 5 nəfər ölüb

Yerusəlimdə atışma nəticəsində 5 nəfər ölüb<span class="qirmizi"></span>

Yerusəlimdə baş verən atışma nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ilkin məlumatı İsrail tibb xidməti yayıb.

"Həkimlər müxtəlif dərəcəli xəsarətlər almış 10 nəfərə yerindəcə tibbi yardım göstərirlər. Hadisə zamanı beş nəfər ölüb", - xidmətdən bildirilib.

İsrail polisinin məlumatına görə, hücum terror aktı kimi qiymətləndirilir. Terrorçu zərərsizləşdirilib.

Mənbə: azertag.az