Antalyada meşə yanğını başlayıb

Türkiyədə Antalyanın Alanya mahalının Toslak, Emişbeleni, Güzelbağ və Bayırkozağacı məhəllələrində meşəlik sahədə naməlum səbəbdən yanğın baş verib.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, iki məhəllənin sakinləri təxliyə olunub.

Alanyanın bələdiyyə başçısı Adəm Murat Yücel bildirib ki, əraziyə yanğınsöndürənlər cəlb edilib.

Güclü külək yanğının söndürülməsini çətinləşdirir.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Bakı Tehrana bu tələbi irəli sürməlidir

SONRAKI XƏBƏR

"Kəpəz" daha bir futbolçu ilə yolları ayırdı