Erməni diplomat sükan arxasında öldü

Erməni diplomat sükan arxasında öldü<span class="qirmizi"></span>

Ermənistanın ABŞ-dakı səfirinin sabiq müavini Armen Xarazyan 56 yaşında ölüb.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, o, maşın sürərkən qəflətən ölüb. Onun infarkt keçirdiyi bildirilir.

Hadisə 27 yanvarda, saat 20 radələrində İrəvanın mərkəzində baş verib. “Toyota Lənd Kruzer” yoldan çıxıb və park edilmiş avtomobilə çırpılıb.

Xarazyan son vaxtlar müstəqil analitik kimi çıxış edirmiş.

Mənbə: axar.az