İsraildə daha bir terror aktı: Yaralananlar var

 

Yerusəlimdə arxeoloji abidəyə hücum nəticəsində iki nəfər yaralanıb.

Bu, son 24 saat ərzində şəhərdə ikinci hücum olub.

Məlumata görə, naməlum şəxs Maalot küçəsində, arxeoloji ərazinin girişindən bir qədər aralıda atəş açıb. Polisin daha sonra hücumçunu zərərsizləşdirdiyi qeyd edilir.

Xatırladaq ki, yanvarın 27-də axşam Yerusəlimdəki sinaqoqlardan birində terror aktı baş verib. Müxtəlif mənbələrə görə, yeddi-səkkiz nəfər ölüb, daha on nəfər yaralanıb.

Mənbə: news.ru

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

İsveç NATO-ya üzvlük prosesini müvəqqəti dayandırıb

SONRAKI XƏBƏR

86 yaşlı kişi arvadını və oğlunu GÜLLƏLƏDİ - FOTO