114 milyon dollarlıq narkotik ələ keçirildi

114 milyon dollarlıq narkotik ələ keçirildi<span class="qirmizi"></span>

İspaniya polisi Kanar adaları yaxınlığında gəmidən 4.5 ton narkotik maddə müsadirə edib.

Press.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, təxmini dəyəri 114 milyon dollar olan kokain maddəsi "Orion V" adlı gəmidə aşkar edilib.

Kolumbiyadan yola çıxan və Toqo bayrağı daşıyan gəminin ələ keçirilməsi əməliyyatı bu həftənin əvvəlində baş tutub.

Əməliyyatda Toqo polisi və ABŞ Narkotiklərlə Mübarizə İdarəsi də iştirak edib. Gəmidə olan 28 ekipaj üzvünün hamısı həbs edilib.

Mənbə: press.az