ABŞ-da polisin qaradərili yeniyetməni öldürdüyünə görə insanlar etiraz etdi - VİDEO/FOTO

ABŞ-ın Tennessi ştatında polis tərəfindən vəhşicəsinə döyülərək öldürülən Tire Nikolsun döyüldüyü anların görüntüləri paylaşılıb.
Görüntülər üzə çıxandan sonra bir çox etirazçı Memfis, Boston, Atlanta, Sakramento, Vaşinqton və Nyu Yorkda küçələrə çıxıb.
Polis zorakılığına etiraz edən fəallar polis maşınlarına hücum edərək, onların şüşələrini sındırıblar.

Nyu-Yorkun məşhur Tayms Meydanında nümayişçi polis maşınının şüşələrinə təpik vuraraq sındırıb. Nyu York Polis Departamentindən verilən açıqlamaya görə, polis maşınına ziyan vuran 3 nəfər saxlanılıb. (müsavat)

 

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Ronaldo prokurorlar qarşısında ifadə verəcək

SONRAKI XƏBƏR

Nensi Pelosinin ərinə edilən hücumun görüntüləri ORTAYA ÇIXDI - FOTOLAR/VİDEO