Ukraynada avtobus qəzasında 3 nəfər ölüb, yaralananlar var

Poltava vilayətində avtobus yük maşınına çırpılıb.

Qəzada 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Hadisə Kiyev-Xarkov magistralının Lubnı şəhəri yaxınlığından keçən hissəsində baş verib. Polisin məlumatına görə, “Mercedes-Benz” markalı mikroavtobus yolun kənarında dayanmış “MAN” markalı yük maşınına çırpılıb.

Sürücü və bir sərnişin hadisə yerində, digər sərnişin isə təcili tibbi yardım maşınında dünyasını dəyişib. Bundan başqa, ikisi uşaq olmaqla daha 8 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. (apa)

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ-dən başlayıb, Azərbaycana qədər uzanan terror - VİDEO

SONRAKI XƏBƏR

ABŞ 2025-ci ildə Çinlə müharibəyə başlaya bilər