Rusiya Donetski vurdu - Ölən və yaralananlar var

Rusiya Ukraynanın Donetsk vilayətinin Kostiantynivka şəhərini hədəfə alıb.

“Qafqazinfo”ya istinadən xəbər verilir ki, hücumda ən azı 3 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.

Həmçinin, hücum zamanı bir otel və çoxlu avtomobilin zərər gördüyü qeyd olunub.

“Həm insanlara kömək etmək, həm də rus işğalçılarının torpaqlarımızda törətdiyi növbəti cinayəti ictimaiyyətə göstərmək üçün xilasetmə qrupları və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyir", - deyə Donetsk qubernatoru Kyrylenko bildirib.

Press.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ-nin maliyyə nazirinin müavini Türkiyədə “İranın sabitliyi pozan fəaliyyəti”ni müzakirə edəcək

SONRAKI XƏBƏR

Ruslar Sum rayonuna hava hücumu etdi