Naxçıvanda avtomobil velosipedçini vurdu

Naxçıvanda avtomobil velosipedçini vurdu<span class="qirmizi"></span>

Naxçıvan şəhərində avtomobil velosipedçini vurub.

Lent.az APA-ya istinadla xəbər verir ki, şəhərin Xətai məhəlləsində "Mercedes” markalı avtomobil yolun kənarında velosiped sürən 1996-cı il təvəllüdlü Naxçıvan şəhər sakini Sunay Zeynalovu vurub.

Zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az