Şamaxı sakinləri Naxçıvanda məsuliyyətə cəlb olunub

Şamaxı sakinləri Naxçıvanda məsuliyyətə cəlb olunub

"Report" un Naxçıvab bürosu xəbər verir ki, Naxçıvan Şəhər və Şahbuz rayonu ərazilərində məişət əşyalarını aldatma yolu ilə dəyərindən baha qiymətə loteriya uduşu adı altında satmağa çalışan şəxslər müəyyən edilib. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Şamaxı rayon sakinləri Səfər Əsədov və Namiq Əsədov saxlanılaraq məhsuliyətə cəlb ediliblər. Araşdırmalarda onların həmin ərazilərdə tanımadıqları həyətlərə girərək əsasəndə qadınlara loteriya uduşu adı ilə 30-50 manatlıq məişət əşyalarının 100-500 manata satdıqları aşkarlanıb. Onların əməllərindən zərər çəkən başqa şəxslər varsa Polisə müraciət etmələri tövsiyyə olunur.Faktla bağlı araşdırmalar davam edir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

TƏBİB: COVID-19-a yoluxma minimal həddədir

SONRAKI XƏBƏR

Gəncə sakinində avtomat aşkarlanıb