Qəbələdə tapılan insan skeleti ilə bağlı YENİ DETALLAR

Qəbələ rayonunda yanvarın 29-da tapılan insan skeleti ilə bağlı bəzi detallar bəlli olub. Qeyd edilir ki, skeleti aşkarlanan kişini vəhşi heyvanlar parçalayıb.

Musavat.com-un Oxu.Az-a istinadla məlumatına görə, qalıqlar Nohurqışlaq kəndinin dağlıq ərazisinə düşən hissəsində aşkarlanıb.

Ölənin kimliyinin müəyyən edilməsi istiqamətində polis və prokurorluq əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılır.

Həmin şəxsin 2022-ci ilin dekabr ayında meşədə itkin düşən Səyavuş Həmidov olduğu ehtimal edilir.

Musavat.com

ƏVVƏLKİ XƏBƏR

Alveş həbsxanada başına dəstə yığıb futbol oynadı

SONRAKI XƏBƏR

Yuri Mavaşev: “ABŞ Türkiyə ilə münasibətlərdə böyük səhvlərə yol verir” - MÜSAHİBƏ