Aleksey Navalnı tanınmaz halda - FOTO

Aleksey Navalnı tanınmaz halda - <span class="qirmizi">FOTO</span>

Hazırda həbsdə olan rusiyalı müxalifətçi Aleksey Navalnı tanınmaz hala düşüb.

"Unikal" xəbər verir ki, 46 yaşlı Navalnının fotosunu rusiyalı müxalif jurnalist Kirill Martınov öz tviter hesabında paylaşıb.

"2023-cü ildə Rusiyada azad insanın portreti”, - deyə Martınov yazıb.

Qeyd edək ki, 2021-ci ilin fevralında Rusiyanın Federal Penitensiar Xidmətinin tələbi ilə A.Navalnının “İv Roşe” işi üzrə şərti cəzası ləğv edilərək 3,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib.

Mənbə: www.unikal.org