Azərbaycanda lisey binasında meyit tapıldı

Azərbaycanda lisey binasında  meyit tapıldı<span class="qirmizi"></span>

Sumqayıtda lisey binasında meyit tapılıb.

Lent.az-ın məlumatına görə, hadisə şəhərin 42-ci məhəlləsində yerləşən 10 saylı peşə liseyində qeydə alınıb.

Liseyin binasında naməlum kişi meyiti aşkar edilib. Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü İlham Piriyev olması müəyyən edilib.

Hadisənin təfərrüatları məlum deyil.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.

Mənbə: lent.az