Afrikada cadugərlikdə günahlandırılan qadın diri-diri yandırılıb. Əl-ayaqları bağlanaraq yandırılan qadının görüntüləri sosial mediada hiddətə səbəb olub.
Orta əsr zehniyyətinin hökm sürdüyü Afrikada mobil telefonla lentə alınan və sosial şəbəkələrdə paylaşılan qandonduran görüntülər müzakirə yaradıb.
Belə ki, əhali cadugərlikdə ittiham etdikləri qadının əl-ayağını bağlayaraq döyüb, daha sonra qadını yerə yıxıb və diri-diri yandırıb.
Onlar qadını karton qutu ilə sarıyıblar, qısa müddət sonra karton qutu yandırılıb və qadın alovlar içində can verib.
Mənbə: yenisabah.az