Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

Fövqəladə Hallar Nazirliyinin (FHN) Maliyyə-iqtisadiyyat Baş İdarəsinin rəisi vəzifəsinə təyinat olub.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözügedən idarəyə rəis əvəzi daxili xidmət mayoru Əli Quliyev gətirilib.

Qeyd edək ki, FHN-nin Maliyyə-iqtisadiyyat Baş İdarəsinin rəisi polkovnik Zaur Zeynalov vəzifəsindən azad edilib. Buna idarədə ciddi maliyyə pozuntularının aşkarlanmasının səbəb olduğu deyilir.

Mənbə: oxu.az