Yanvar Fələstin üçün ən qanlı ay olub

Fələstin Səhiyyə Nazirliyi yanvar ayını 2015-ci ildən bəri işğal altındakı İordan çayının qərb sahilində ən qanlı ay adlandırıb.
Sonxeber.az xəbər verir ki, nazirlikdən mövzu ilə bağlı yazılı açıqlama verilib.

"Bu ay İordan çayının qərb sahilində 2015-ci ildən bəri ən qanlı ay oldu. İsrail əsgərlərinin açdığı atəş nəticəsində 8-i uşaq və bir yaşlı qadın olmaqla 35 fələstinli ölüb. Fələstinlilərin baş və üst orqanları güllələnib" ,- deyə açıqlamada bildirilib.

Açıqlamaya görə Yeni ildən bəri ən çox ölüm hadisəsi bu şəhərdə cəmi 20 ölümlə Cenində baş verib.

Şəbnəm Lətifi

 

 

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə kuryoz olay – Yaş yarımlıq körpə gecəyarı küçəyə çıxdı - VİDEO

SONRAKI XƏBƏR

İsrailin baş naziri Blinkenlə İrana qarşı ittifaqı müzakirə etdi