Arvadını və qızlarını öldürdü - Dəhşətli hadisə

Arvadını və qızlarını öldürdü - Dəhşətli hadisə

Türkiyədə dini nikahda olan kişi həyat yoldaşını və 2 qızını güllələyib.

İstanbulda Ümraniyənin Fatih Sultan Mehmet səmtində yerləşən ərazidə qətl hadisəsi baş verib.

Suat Güney dini nikahda olan həyat yoldaşı Yasemin Ünlü və qızları 31 yaşlı Zeliha Güney və 30 yaşlı Mine Güneyi güllələyib.

Hadisə yerinə çoxlu sayda polis və tibb briqadası göndərilib. Cinayətkar hadisə yerindən qaçıb.

Araşdırma aparılır.

Mənbə: www.musavat.com