Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsində ölən şəxsin kimliyi bilinib.
Qəza zamanı ölən şəxs Şəki rayonunun Böyük Dəhnə kənd sakini 1996-cı il təvəllüdlü Elnur Şubay oğlu Abdullayevdir.
Yaxınlarının sözlərinə görə, Elnur Abdullayev nişanlı imiş və Şəkiyə toyu ilə əlaqədar gedirmiş. Sabah onun qız toyu keçiriləcəkdi.
10:40
Yevlax rayonunda minik avtomobili və yük maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində minik avtomobilinin sürücüsü aldığı xəsarətlərdən ölüb.
Ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: oxu.az