Məşhur aktrisanın evində evində partlayış oldu: Ev xarabalığa çevrildi - FOTO

Məşhur aktrisanın evində evində partlayış oldu: Ev xarabalığa çevrildi - FOTO<span class="qirmizi"></span>

Türkiyəli məşhur aktrisa Meral Kaplanın evindəki saunada partlayış olub.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib.

Elektrik naqilində yaranan problem nəticəsində başlayan yanğında Kaplanın anası ölüm təhlükəsi ilə üzləşib.

Məlumata görə, lüks yaşayış kompleksində yaşayan Meral Kaplanın anası Ümit Kaplan səhər qızının evinə qonaq gəlib. Daha sonra Saunadan istifadə etmək istəyən qadın içəri girmək istəyərkən böyük partlayış olub.

Kaplan, "Neçə gündür şokdayıq. Ev xarabalığa çevrildi. Təmir hələ də davam edir", - deyə bildirib.

BAKU.WS

Mənbə: baku.ws