Bakıda mikroavtobusun iştirakı ilə dəhşətli qəza - ANBAAN VİDEO

Bakıda mikroavtobusun iştirakı ilə dəhşətli qəza - <span class="qirmizi">ANBAAN VİDEO</span>

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

İlkin məlumata görə, hadisə ötən gecə Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb.

Qəza zamanı VAZ-2107 markalı avtomobil ilə mikroavtobus toqquşub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəsmisi baş inspektor, polis mayoru Araz Əsgərli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qəzada VAZ-2107 markalı avtomobilin sürücüsü xəsarət alıb:

“Xəzər Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır. Ölüm faktı qeydə alınmayıb”.

Mənbə: www.oxu.az