Xəstəxanadan evə buraxılan 9 yaşlı uşaq öldü

Xəstəxanadan evə buraxılan 9 yaşlı uşaq öldü<span class="qirmizi"></span>

Bakıda burun-boğaz əməliyyatı olunan məktəbli vəfat edib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, 2 gün əvvəl özəl klinikalardan birində əməliyyat olunan 9 yaşlı Nadirli Ağasəlim Vüqar oğlu daha sonra evə buraxılıb. Lakin o, Xətai rayonunda yaşadığı evdə dünyasını dəyişib.

Qeyd edək ki, A.Nadirli Xətai rayonu, İ.Məmmədov adına 261 nömrəli məktəb-liseyin 3-cü sinif şagirdi olub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: baku.ws