Azərbaycan bu İran vətəndaşını beynəlxalq axtarışa verdi

Azərbaycan bu İran vətəndaşını beynəlxalq axtarışa verdi<span class="qirmizi"></span>

Azərbaycanda narkotik qaçaqmalçılığında təqsirləndirilən İran vətəndaşı beynəlxalq axtarışa verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 42 yaşlı Ahmadzadə Dehgan Tohid narkotik vasitələrin qanunsuz dövriyyəsi və mütəşəkkil dəstə yaratmaqla qaçaqmalçılıqda təqsirləndirilir.

Azərbaycan istintaq orqanı Ahmadzadə Dehgan Tohid barəsində cinayət işi başlasa da, o, istintaqdan yayınıb. Həmin şəxs barəsində məhkəmə qərarı ilə həbs qəti imkan tədbiri seçilib və o, İnterpol vasitəsi ilə beynəlxalq axtarışa verilib.

Mənbə: news.milli.az