Türkiyədə AVTOBUS AŞDI - 12 NƏFƏR XƏSARƏT ALDI + FOTO

Türkiyədə AVTOBUS AŞDI - 12 NƏFƏR XƏSARƏT ALDI + FOTO<span class="qirmizi"></span>

Türkiyədə ağır yol qəzası baş verib.

Xeberoxu.Az BAKU.WS-ə istinaən xəbər verir ki, Bingöl ərazisində yaşanan bədbəxt hadisəyə şiddətli qar səbəb olub. Yollar buzlu olduğundan sürücü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi aşıb.

Qəza zamanı avtobusdakı 12 nəfər ağır xəsarət alıb. Hadisə baş verən əraziyə polis əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Yaralılar dərhal xəstəxanaya aparılıb. Hazırda Bingöl Dövlət Xəstəxanasında müalicələri davam edən zərərçəkənlərin vəziyyətlərinin yaxşı olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Mənbə: xeberoxu.az