Şəmkirdə "VAZ" "Kamaz"la toqquşdu - Ölən var

Şəmkirdə "VAZ" "Kamaz"la toqquşdu - Ölən var<span class="qirmizi"></span>

Şəmkirdə minik maşını "Kamaz"la toqquşub, ölən var.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Seyidlər kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını yük avtomobili ilə toqquşub.Qəza zamanı "VAZ" markalı maşının sərnişini hadisə yerində ölüb, sürücüsü xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Tural Əhmədov

Mənbə: www.unikal.org