Cinayətdə iştirak edən silahların 54 faizi qanuni alınıb: ABŞ-da təəccüblü hesabat

Cinayətdə iştirak edən silahların 54 faizi qanuni alınıb: ABŞ-da təəccüblü hesabat<span class="qirmizi"></span>

ABŞ-da açıqlanan odlu silahlarla bağlı federal hesabatda cinayətdə iştirak edən silahların 54 faizinin 3 il ərzində qanuni olaraq alındığı ortaya çıxıb.

"Unikal" xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin internet saytında edilən açıqlamada, ölkədə silah şiddətinin yenidən gündəmə gəldiyi bir vaxtda ABŞ Alkoqol, Tütün və Odlu Silahlar Bürosunun (ATF) hazırladığı əhatəli hesabata yer verilib.

Bəyanatda fikirlərinə yer verilən ABŞ Baş prokuroru Merrik Qarland hesabatı “tarixi addım” olaraq qiymətləndirərək, “2021-ci ildə 20-dən çox ölkədə ilk dəfə olaraq ATF-yə cinayətkar silah qaçaqmalçılığı ilə bağlı hesabat hazırlamağı əmr etdim -deyə bildirib.

Hesabatda 2021-ci ildə cinayət törədilən ərazilərdə polis tərəfindən ələ keçirilən silahların 54 faizinin 3 il ərzində alındığı və 2019-cu ildən bu nisbətin artdığı qeyd edilib.

Cinayət yerindən ələ keçirilən silahların qanuni yolla əldə edildiyi bildirilən hesabatda son illərdə əldə edilən silahlarla cinayətə cəlb olunma arasındakı müddətin azaldığı, bunun isə qanuni yolla alınan silahların ikinci tərəfə satılıb oğurlandığını göstərə biləcəyi qeyd edilib.

Açıqlamada fikirlərinə yer verilən ABŞ Baş prokurorunun müavini Liza Monako bu vəziyyəti “oğurlanmış silah epidemiyası” olaraq xarakterizə edərək, 2017-2021-ci illər arasında ölkədə 1 milyondan çox odlu silahın oğurlandığı və bunun yüzdə 96-sı haqqında məlumat paylaşılıb. Hesabatda qeyd olunub ki, qanuni yarı avtomatik silahı qeyri-qanuni tam avtomatik silaha çevirən cihazların sayı son 5 ildə 5 dəfədən çox artıb.

ATF-nin hazırladığı araşdırmada “kabus silah” adlanan seriya nömrəsi olmayan, xüsusi istehsal edilən odlu silahların 2020-ci ilə nisbətən 2021-ci ildə 2 dəfə artdığı bildirilib.

Mənbə: www.unikal.org