“Göteborq” futbol klubunun təyyarəsi təcili eniş etdi

“Göteborq” futbol klubunun təyyarəsi təcili eniş etdi<span class="qirmizi"></span>

İsveçin “Göteborq” klubunun futbolçularının və məşqçi heyətinin olduğu təyyarə Kopenhagen hava limanına məcburi eniş edib.

Lent.az xəbər verir ki, bu barədə "Aftonbladet" qəzeti məlumat yayıb.

Klub heyəti İspaniyaya təlim-məşq toplanışına gedirmiş.

Pilotun qərarı verib ki, atmosfer təzyiqinin düşməsi ilə yük yerində olan topların partlaması riski böyükdür.

Bu səbəbdən hava gəmisinin kapitanı məcburi eniş edib.

Klub nümayəndələrindən biri Rolf Qustafsson yerə endikdən sonra topları iki dəfə yoxlayıb və bildirib ki, təyyarə yanlış həyəcan siqnalı ilə Kopenhagenə enib.

Onun sözlərinə görə uçuşdan əvvəl toplar şişirdilmiş vəziyyətdə olmayıb.

Mənbə: lent.az