Rusiyadan Azərbaycana uçan təyyarə geri qayıtdı

Rusiyadan Azərbaycana uçan təyyarə geri qayıtdı<span class="qirmizi"></span>

Samaradan Bakıya gələn “Utair” şirkətinin təyyarəsi mühərriklərdən birinin generatorunda yaranan nasazlıq səbəbindən hava limanına qayıdıb.

Bu barədə Volqa Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“Kuybışev Nəqliyyat Prokurorluğu 2023-cü il fevralın 2-də 773 saylı marşrut üzrə Samara - Bakı reysini yerinə yetirən təyyarənin texniki səbəbdən hava limanına qayıtması ilə əlaqədar uçuşların təhlükəsizliyinə və sərnişinlərin hüquqlarına riayət olunmasına dair yoxlama aparır”, - məlumatda deyilir.

İlkin məlumatlara görə, saat 12:40-da Utair şirkətinin Boeing-735 təyyarəsinin komandiri mühərriklərdən birinin generatorunda nasazlıq yarandığı üçün Kurumoch hava limanından havaya qalxdıqdan sonra geri qayıtmaq qərarına gəlib.

Volqa Nəqliyyat Prokurorluğundan bildirilib ki, 67 sərnişin, o cümlədən biri azyaşlı uçuş üçün qeydiyyata alınıb.

Mənbə: qafqazinfo.az