"Feysbuk"dakı saxta hesaba görə məşhur modelyer saxlanılıb

"Feysbuk"dakı saxta hesaba görə məşhur modelyer saxlanılıb<span class="qirmizi"></span>

Bu gün Kiprdən vətəni Türkiyəyə dönərkən İstanbul hava limanında saxlanılan məşhur modelyer Barbaros Şansal Türkiynin güc qurumlarını "aşağılamaq , onları cəmiyyətin gözündən salmaq" ittihamı ilə prokurorluğa aparılıb.

Bu barədə Türkiyənin "Sözçü" qəzetinə açıqlama verən modelyer günahsız olduğunu deyib: "Məni olmayan saxta Hacebook hesabına görə saxlayıblar. Hamı bilir ki, mənim Facebook-da hesabım yoxdur. Adıma açılan saxta profildən kimlərsə nə gəldi yazıblar. Bundan da şikayət edənlər var. Yəni, bunun mənə aidiyyatı yoxdur. Düşünürəm ki, ifadəmi aldıqdan sonra məni buraxcaqlar".

Zülfiyyə

Mənbə: www.mia.az