Mafiya lideri pizza bişirərkən saxlanıldı

Mafiya lideri pizza bişirərkən saxlanıldı<span class="qirmizi"></span>

Ölkənin ən güclü mafiya təşkilatlarından biri olan və adam öldürməkdə təqsirli bilinən Edqardo Qreko pizza bişirərkən yaxalanıb.

"Unikal" xəbər verir ki, 63 yaşlı Edqardo Qreko İtaliyanın cənubundakı Kalabriyada güclü mafiya təşkilatı olan məşhur "Ndrangheta"nın üzvü olmaqda şübhəli bilinir.

Belə ki, 16 ildir İnterpol tərəfindən axtarışda olan Qreko Fransanın Sent-Etyen şəhərində italyan restoranını işlətdiyi və orada pizza bişirərkən saxlanılıb.

İnterpolun verdiyi açıqlamada "təhlükəli qaçaq" olaraq xarakterizə edilən Grekonun Stefano və Cüzeppe Bartolomeonun qətlinə görə ömürlük həbs cəzasını çəkməsi üçün İtaliyada axtarıldığı bildirilib.

O, həmçinin 1990-cı illərin əvvəllərinə damğasını vuran Pino Sena və Perna Pranno dəstələri arasında mafiya müharibəsinin bir hissəsi olaraq Emiliano Mosciaro-nu öldürməyə cəhddə ittiham olunurdu.

İtaliya polisi Bartolomeo qardaşlarının 1991-ci ilin yanvarında balıq tankında dəmir çubuqlarla döyülərək öldürüldüyünü bildirib.

Onların cəsədləri heç vaxt tapılmayıb. Bildirilir ki, onların cəsədləri turşuda həll olunub.

Mənbə: www.unikal.org