Gəncədə yanan mebel mağazasının sahibinə 2 milyon ziyan dəyib

Gəncədə yanan mebel mağazasının sahibinə 2 milyon ziyan dəyib<span class="qirmizi"></span>

Gəncədə mebel mağazası yanması barədə xəbər vermişdik.

Lent.az-ın məlumatına görə, hadisə şəhərin Nizami prospektində qeydə alınıb. Sahibkar Hacıyev Pərviz Salman oğlu polisə müraciətində bildirib ki, naməlum şəxs yanvarın 31-dən fevralın 1-ə keçən gecə özünə məxsus "Arzu" mebel mağazasını içindəki əşyalarla birgə yandırıb.

Şikayətçi ona ümumilikdə 2 milyon manat ziyan dəydiyini bildirib.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Mənbə: lent.az