Yaponiyada toqquşma nəticəsində yük gəmisi batıb: İtkin düşənlər var - FOTO/VİDEO

Yaponiyada toqquşma nəticəsində yük gəmisi batıb: İtkin düşənlər var - <span class="qirmizi">FOTO/VİDEO</span>

Yaponiyanın Ehime prefekturası yaxınlığında iki yük gəmisi toqquşub, onlardan biri batıb.

İki nəfərin itkin düşdüyü bildirilir.

Məlumata görə, “Koey-maru” adlı gəminin dörd nəfərdən ibarət bütün heyəti xilas edilib.

Ancaq 2,2 min ton əhəngdaşı ilə yüklənmiş “Seyryu” batıb. Gəmidə beş nəfərdən ibarət ekipaj olub. Onlardan üçü xilas edilib, iki nəfər, o cümlədən kapitan isə itkin düşüb.

Mənbə: www.oxu.az