Naxçıvanda əməliyyat – Həbs olunanlar var

Fevralın 2-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində yerləşən şirkətlərdən birinin anbarından 8 ədəd soyuducu mühərrikinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, Şahbuz rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Badamlı kənd sakinləri Ramiz Səfərov, Nuran Əsgərov, Çingiz Abbasov və Naxçıvan şəhər sakini Xəyal Musayev müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

"Qiymətləri süni şəkildə qaldırırlar" - Ekspert

SONRAKI XƏBƏR

Moskvada əlverişsiz hava şəraiti səbəbindən 54 reys gecikib və ya ləğv edilib