Azərbaycanlı yol qəzasında ağır yaralandı - HADİSƏ ANI

Türkiyədə marşrut avtobusu qəza törədib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə İstanbul şəhəri Bahçelievlər adlanan ərazidə qeydə alınıb. Marşrut avtobusu idarəetmədən çıxaraq, əvvəlcə səkiyə çırpılıb. Daha sonra dayancaqdakı piyadalara və mikroavtobusa çırpılıb. Nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Yaralananlar arasında azərbaycanlı Əhməd Rzayev də var. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Avtobusun sürücüsü saxlanılıb, araşdırma aparılır.

 

 

Lent.az

ƏVVƏLKİ XƏBƏR

"Azərişığ"ın abonentləri onlayn ad dəyişmə xidmətindən istifadə edə biləcək

SONRAKI XƏBƏR

Almaniyada çevriliş planı: Hitler projesi deşifrə edildi