Evi yanan sakinin köməyinə sərhədçilər gəldi

Evi yanan sakinin köməyinə sərhədçilər gəldi <span class="qirmizi"></span>

Qazax rayon Ürkməzli kənd sakinlərindən birinə məxsus evdə yanğın hadisəsi baş verib.

Axar.az Trend-ə istinadən xəbər verir ki, həmin vaxt sərhəd döyüş məntəqəsinə su aparan Qazax əlahiddə sərhəd diviziyasına məxsus su maşını yanğın baş verən ərazidən keçərkən sakinlər suyun həmin əraziyə cəlb edilməsini xahiş ediblər.

Sərhədçilərimiz biganə qalmayaraq yanğının söndürülməsi üçün suyu vaxtında çatdırıblar və sakinlərin köməyi ilə yanğın söndürülüb.

Mənbə: axar.az