İstanbuldakı avtobus qəzasında xəsarət alan azərbaycanlı VƏFAT ETDİ - VİDEO

İstanbuldakı avtobus qəzasında xəsarət alan azərbaycanlı VƏFAT ETDİ - <span class="qirmizi">VİDEO</span>

İstanbulun Baxçalıevlər rayonunda avtobus dayanacağa çırpılması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşı xəstəxanada vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı İHA yayıb.
Məlumata görə, qəzada həlak olanların sayı 2-yə çatıb. Xəsarət alan 4 nəfərin müalicəsi isə davam etdirilir.
Qeyd edək ki, hadisə ötən gün Baxçalıevlər meydanındakı dayanacaqda baş verib. D-100 nömrəli marşrut xətti ilə hərəkət edən avtobus idarəetmədən çıxaraq ticarət mərkəzinin yaxınlığındakı dayanacaq qarşısında mikroavtobusa çırpılıb.
Nəticədə 1 nəfər yerindəcə ölüb, 5 nəfər yaralanıb. Yaralılardan həmyerlimiz Əhməd Rzayev isə bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Bizim.Media

Mənbə: bizim.media