Azərbaycanda məktəbdə QƏRİBƏ OLAY- Bu artıq 2-ci dəfədir...

Cəlilabad rayonunda orta məktəbin şüşələri sındırılıb.

Lent.az xəbər verir ki, bu barədə Lənkəran - Astara Regional Təhsil İdarəsindən məlumat verilib.

Məlumata görə, fevralın 4-də saat 07:30 radələrində V.Mürsəlov adına Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin bir neçə sinif otağında pəncərə şüşələrinin naməlum şəraitdə sındırıldığı aşkar edilib.

Hadisə ilə bağlı məktəb rəhbərliyi tərəfindən Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə məlumat verilib.

Göytəpə Şəhər Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat zamanı iki nəfər şübhəli səxs saxlanılıb.

Əlavə olaraq bildiririk ki, 17 noyabr 2022-ci il tarixdə adıçəkilən məktəbdə izləmə kameraları naməlum şəraitdə qəsdən sındırılıb.

Hazırda baş vermiş hər iki hadisənin bir-biri ilə əlaqəsinin olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində aidiyyəti üzrə araşdırılma işləri aparılmaqdadır.

Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcəkdir.

 

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Fars-molla rejiminin AZƏRBAYCANDAKI DAYAQLARI... - NƏ ETMƏLİ?

SONRAKI XƏBƏR

Bakıda məşhur ifaçıların iştirakı ilə Vaxtanq Kikabidzenin xatirə gecəsi keçirilib - VİDEO - FOTO