Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb

Xaçmazın Çarxı kəndi istiqamətində “VAZ-2106” markalı avtomobil yolu keçən piyada, 1962-ci il təvəllüdlü Cəfərov Rahid Dadaşbala oğlunu vurub.

"Report"un Şimal bürosunun məlumatına görə, piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

R.Cəfərovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

İlkin məlumata görə, R.Cəfərovun sərxoş olub.

Fakt araşdırılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Ukraynanın müdafiə naziri istefa verdi

SONRAKI XƏBƏR

İngiltərəli səyyah: "Şuşa Turizm üçün möhtəşəm yerdir"