Neftçalada yol qəzasında bir ailənin 4 üzvü xəsarət alıb

Neftçalada Yeniqışıaq kəndində iki avtomobilin toqquşması nəticəsində bir ailənin 4 üzvü xəsarət alıb.

Jiquli” markalı avtomobillə digər minik maşını toqquşması nəticəsində rayonun Yeniqışlaq kənd sakini, 1992-ci il təvəllüdlü Dadaşov Süleyman Xalid oğlu, onun həyat yoldaşı, 1993-cü il təvəllüdlü Dadaşova Gülsənəm Hüseynağa qızı, ailənin övladları – 2016-cı il təvəllüdlü Dadaşov Əbəlfəz Süleyman oğlu, 2019-cu il təvəllüdlü Dadaşov Xalid Süleyman oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (report)

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

"Rusiya indi tədbir görməsə, Laçın dəhlizini geri qaytara bilməyəcəyik" - İskəndəryan

SONRAKI XƏBƏR

Meksikada yanacaqdoldurma məntəqəsində partlayış olub: ölənlər var