Keniyada ağır yol qəzasında azı 14 nəfər ölüb

Keniyanın şimal-qərbində ağır yol qəzasında azı 14 nəfər ölüb.

Ednews xəbər verir ki, bu barədə Keniyanın “Nation” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, fevralın 4-ü axşam saatlarında insanları daşıyan yük avtomobilinin sürücüsü yolda olan dəvə ilə toqquşmaqdan yayınmaq istəyərkən nəqliyyat vasitəsini aşırıb.

Hadisə nəticəsində 12 nəfər xəsarət alıb, 14 nəfər isə ölüb.

 

Ednews.net

ƏVVƏLKİ XƏBƏR

Avstraliyada buddist məbədi yandı

SONRAKI XƏBƏR

Kvaratsxeliyanın qolu, "Napoli"nin qələbəsi - Video