İstanbulda 180 reys təxirə salınıb

İstanbulda 180 reys təxirə salınıb<span class="qirmizi"></span>

Türkiyənin İstanbul hava limanı və Sabiha Gökçen hava limanında eniş və ya qalxışlı ümumilikdə 180 reys təxirə salınıb.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” yazıb.

Bildirilib ki, reyslərin 152-si İstanbul hava limanı, 18-i isə Sabiha Gökçen adına aeroporta şamil olunur.

Məlumata görə, uçuşların ertələnməsinə səbəb əlverişsiz hava şəraitidir.

Mənbə: report.az