İlon Maskdan zəlzələ açılaması: "Türkiyə höküməti razılıq versə, peyk göndərəcəyik"

İlon Maskdan zəlzələ açılaması: "Türkiyə höküməti razılıq versə, peyk göndərəcəyik"<span class="qirmizi"></span>

Teslanın sahibi milyarder iş adamı İlon Mask zəlzələdən sonra Türkiyədə böyük bir rabitə problemi olduğunu və hökumətin icazə verəcəyi təqdirdə peyk göndərməyə hazır olduqlarını bildirib.

Bizimyol.info Türkiyə mətuatına istinadla xəbər verir ki, Türkiyənin Kahramanmaraş şəhərində Pazarcık rayonunda 7,4 bal gücündə zəlzələ baş verib.

Fəlakət və Fövqəladə Hallar Rəhbərliyi (AFAD) zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.

Kahramanmaraşdakı zəlzələ Malatya, Qaziantep, Diyarbəkir, Osmaniye və Şanlıurfa başda olmaqla geniş bir bölgədə dağıdıcı təsir göstərib. Daxili işlər naziri Süleyman Soylu beynəlxalq yardım çağırışı da daxil olmaqla 4-cü səviyyəli həyəcan siqnalının verildiyini açıqlayıb.

Zəlzələdən sonra bütün dünyanın diqqəti Türkiyədə olduğu bir vaxtda Twitter-in sahibi İlon Mask Türkiyədə baş verən zəlzələdən sonra böyük bir rabitə problemi yaşandığını və Starlink peyklərini göndərə biləcəyini söyləyib. O bildirib ki, Starlink hələ Türkiyə hökuməti tərəfindən təsdiq cavabı almayıb.

“Ən qısa zamanda göndərə bilərik. Əgər Türkiyə höküməti razılıq versə, vasitə göndəriləcək”,- deyə Mask bildirib.

 

Mənbə: www.bizimyol.info