Xəbər verdiyimiz kimi, Malatyadakı zəlzələ nəticəsində dörd azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin dağıntılar altında qalıblar.
Publika.az xəbər verir ki, sözügedən tələbələrlə bağlı sosial mediada sevindirici xəbər paylaşılır.
Bildirilir ki, xilasedicilər həmin 4 tələbəni adları ilə səsləyiblər, onlar da adlarını eşidərək salamat olduqlarını bildiriblər.
Hazırda xilasetmə işləri davam edir.
Hüseyn İbadlı
Mənbə: publika.az