Malatyada xilasedicilər 4 azərbaycanlı tələbəni dağıntılar altından çıxarıb

Türkiyənin Malatya şəhərində xilasedicilər 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadəni dağıntılar altından çıxarıblar.

Bu barədə Türkiyə mətbuatına istinadən xəbər verilir.

Qeyd edilir ki, xilasedicilər dağıntılar altında olan tələbələrimizin adlarını səsləyiblər, onlar cavab veriblər. S.Quliyev, Ş.Verdiyev, H.İsmayıllı və G.Nəzərzadə Malatyadakı İnönü Universitetinin tələbələridir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

İraq Türkiyə və Suriyaya humanitar yardım göndərir

SONRAKI XƏBƏR

Kennedinin qardaşı oğlu: “Ukrayna üçün yığılan milyardlar hərbi podratçılara gedir”