İraq Türkiyə və Suriyaya humanitar yardım göndərir

İraq Türkiyə və Suriyaya humanitar yardım göndərir<span class="qirmizi"></span>

İraq Türkiyə və Suriyaya axtarış-xilasetmə qrupları, həmçinin humanitar yardım göndərəcək.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə İraqın Baş naziri Məhəmməd Şia Sudani bildirib.

Sudani Türkiyəyə təcili olaraq mülki müdafiə qrupları, tibbi ləvazimat, ilk yardım, sığınacaq materialları, qida və yanacaq göndərilməsinə qərar verildiyini açıqlayıb.

O, Türkiyədə səhər saatlarında baş verən zəlzələdə həyatını itirən və yaralananlar üçün kədərini ifadə edib.

İraqın sənaye naziri Halir Bettal Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə yardım məqsədilə Samarradakı Baş Əczaçılıq və Tibbi Hazırlıq Şirkəti tərəfindən 100 milyon İraq dinarı (60 min ABŞ dolları) dəyərində dərman yardımı göndəriləcəyini də vurğulayıb.

Qeyd edək ki, bu gün gecə saatlarında Türkiyədə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1651-ə, yaralıların sayı isə 11 119-a çatıb. Təbii fəlakət nəticəsində 3471 bina dağılıb. Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib.

Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1060 nəfərə çatıb. Yaralı sayı 2 400 nəfər təşkil edir.

Mənbə: report.az