"Qardaşım və ailəsinin artıq öldüyünü düşünürük"

"Qardaşım və ailəsinin artıq öldüyünü düşünürük"<span class="qirmizi"></span>

Xəbər verdiyimiz kimi, Türkiyədə baş verən zəlzələ nəticəsində aktyor Uğur Aslanın ailəsi də dağıntılar altında qalıb.

Axşam.az xəbər verir ki, aktyor bu barədə paylaşım edərək qardaşı və onun ailəsinin artıq öldüyünü düşündüklərini vurğulayıb:

"Ailəm, xüsusilə, qardaşım, həyat yoldaşı, övladları Hataydakı zəlzələ nəticəsində təəssüf ki, dağıntılar altında qaldılar. Biz artıq onların öldüyünü hesab edirik. Onlara müdaxilə edə biləcək zaman təəssüf ki, çalışmadı. Orada yaranan bir sıra dağıntılara görə müdaxilənin mümkün olmadığı deyilir. Oraya yardımın göndərilməsində problemlər olduğu bildirilir. Tək istəyim tez müdaxilə və ən azından sağ qalanlar üçün nəsə edilməsidir. Ailəmdən aldığım məlumata görə, insanların bəziləri öz imkanları ilə xilas olmağa çalışırlar. Vəziyyət çox pisdir. Çox çətin bir vaxtdan keçirik, bu, hamımızın imtahanıdır".

Qeyd edək ki, aktyor hazırda "Yarqı" serialında rol alır.

 

 

Mənbə: big.az