Kahramanmaraşın azərbaycanlı professoru son vəziyyətdən danışdı

Kahramanmaraşın azərbaycanlı professoru son vəziyyətdən danışdı<span class="qirmizi"></span>

“Ankarada sakitçilikdir. Sadəcə burada birinci və ikinci zəlzələnin təsiri hiss olundu”.

Bu sözləri Ölkə.Az-a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı professor, Kahramanmaraş Sütçü İmam Universitetinin (KSÜ) müəllimi Toğrul İsmayıl deyib.

“Maraşdakı azərbaycanlılardan da mənfi xəbər eşitməmişik. Tələbələrin çoxu universitetin həyətində toplaşıblar. Ən təhlükəsiz yerdir, geniş ərazidir. Hava çox soyuqdur, şərait çətindir, amma idarə edirlər. Orada qalan vətəndaşlarımızın siyahıları hazırlanır. Səfirlik də yardım etməyə çalışacaq. Yollar bağlı olduğu üçün onları çıxarmaq hələlik çətindir. İnşallah, bu gün də görüşüb söhbətləşəcəyik ki, nə etmək olar”,- deyə o söyləyib.

Qeyd edək ki, ötən gün Kahramanmaraş şəhərində 7.4 və 7.7 bal gücündə dağıdıcı zəlzələlər baş verib.

Mənbə: olke.az