Zəlzələ bölgəsində növbəti böyük təhlükə

Zəlzələ bölgəsində növbəti böyük təhlükə<span class="qirmizi"></span>

Meteoroloqların verdiyi xəbərə görə, zəlzələ bölgələrində hava durumu ilə bağlı açıqladığı hesabat heç də ürəkaçan deyil.

“Ölkə.Az” xəbər verir ki, zəlzələ bölgələrində hava durumu qar və yağışla müşayiət olunmaqdadır. Bu da həm xilasedicilər, həm də evsiz insanlar üçün əlavə problemlər yaradır. Qarşıdakı bir neçə gündə də hava şəraitinin pis olacağı barədə proqnozlar verilməkdədir.

Meteorologiya mütəxəssisi professor Mikdat Kadıoğlu yaranmış durumla bağlı öz narahatlığını ifadə edərək deyib:

“Normal şəraitdə dağıntılar altında sağ qalma müddəti 72 saat, yəni 3 gündür. Hazırda hava şəraiti ilə əlaqədar hipotermiya (insan bədənində temperaturun aşağı düşməsi nəticəsində yaran simptom-red) problemi yaranır.

İnsanlar dağıntıların altında müdafiəsiz qaldıqları üçün gecələr, xüsusən də havanın temperaturu çox aşağı düşəndə hipotermiya baş verir. Zamanla yarış var, hava şəraiti və şaxta təhlükəsi problemi daha da narahat edir”.

Mürtəza
Ölkə.Az

Mənbə: olke.az