Ana və 3 övladı qazdan zəhərləndi

Ana və 3 övladı qazdan zəhərləndi<span class="qirmizi"></span>

Biləsuvarda ana və 3 övladı dəm qazından zəhərlənib.

Lent.az APA-ya istinadla xəbər ki, hadisə rayonun Aşağı Cürəli kəndində baş verib.

38 yaşlı Günel Məmmədova və onun övladları - 16 yaşlı Məleykə Məmmədova, 8 yaşlı Arzu Məmmədova və 11 yaşlı Rəvan Məmmədov dəm qazından zəhərləniblər.

Onlar dərhal rayon xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az