Ermənistanda yeni doğulanların sayı azalıb, boşanmalar çoxalıb

Ermənistanda yeni doğulanların sayı azalıb, boşanmalar çoxalıb.

“Report” “News.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Komitəsinin hesabatında bildirilib.

Məlumata görə, 2022-ci ildə 36 623 körpə doğulub. Bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 270 körpə azdır. Hesabat dövründə 4 525 boşanma hadisəsi qeydə alınıb ki, bu da 2021-ci illə müqayisədə 91 hadisə çoxdur.

Statistika Komitəsinin məlumatına əsasən, nikahların sayında da azalma qeydə alınıb. Bildirilib ki, 2022-ci ildə 16 795 nikah bağlanıb. Bu, bir il əvvəlki göstəricidən 370 hadisə azdır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyəli məşhurlar dünyaya səsləndi: "Bizə kömək edin" - FOTO

SONRAKI XƏBƏR

QORXUNC XƏBƏRDARLIQ: Zəlzələlər 1 il davam edə bilər...