QORXUNC XƏBƏRDARLIQ: Zəlzələlər 1 il davam edə bilər...

QORXUNC XƏBƏRDARLIQ: Zəlzələlər 1 il davam edə bilər... <span class="qirmizi"></span>

Xəbər verdiyimiz kimi, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı həlak olanların sayı 3 381 nəfərə, yaralananların sayı isə 20 426 nəfərə çatıb. 10 şəhərdə hiss olunan zəlzələ nəticəsində 6 217 bina dağılıb.

BiG.AZ türk mətbuatına istinadən xəbər verir ki, Van Yüzüncü İl Universitetinin Geofizika Mühəndisliyi Fakültəsinin müəllimi, dosent Dr. Mustafa Toker zəlzələ ilə bağlı qorxunc xəbərdarlıq edib.

Onun sözlərinə görə, Kahramanmaraşdakı kimi zəlzələlər dağıdıcı afterşoklara səbəb olur və bu təkanlar hələ bir il davam edə bilər:

"Bu səbəbdən vətəndaşlarımız çox diqqətli olmalı və evlərinə girməməlidirlər. Yeraltı təkanlar ən az 6 ay davam edəcək. Hətta bir il də davam edə bilər".

Daha ətraflı aşağıdakı videodan izləyə bilərsiniz:

Natəvan Baxşiyeva

 

 

 

 

 

Mənbə: big.az